Gimnastlarımız Almaniyadakı turnirdə bürünc medal qazanıblar
02.03.2024 - 17:57
Gimnastlarımız Almaniyadakı turnirdə bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” turnirində uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən xəbərə görə, Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı komanda hesabında bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün start götürən yarışa martın 3-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0