“Qarabağ”la “Neftçi”nin fərqi və ya legionerlərdən asılı “Sabah”
01.11.2022 - 14:36
“Qarabağ”la “Neftçi”nin fərqi və ya legionerlərdən asılı “Sabah”

Şəhriyar Əliyev “Turan Tovuz”un tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi klub tarixinə Premyer Liqada qol vuran ilk azərbaycanlı futbolçu kimi düşüb.

Çempionatın debütantının buna qədər qeydə alınan qollarına ancaq legionerlər imza atmışdı. Şəhriyar Misli Premyer Liqasının XII turunun “Sumqayıt”la görüşündə fərqlənib.

Maraqlıdır ki, Tovuzdakı matçadək məhz bu iki komandada yerli futbolçular qol vurmamışdı. Qərblilərin 9-cu qolu azərbaycanlı oyunçudan gəldisə, “Sumqayıt”da hələ də yalnız əcnəbi sevinib.

“Şamaxı” isə bunun tam əksidir. Ancaq yerlilərə güvənən komandanın bütün qolları da azərbaycanlılara məxsusdur.

Digər 7 komandaya gəlincə, “Qarabağ”, “Zirə” və “Səbail”də yerlilərin qolları çoxluq təşkil edir. “Neftçi”, “Sabah”, “Qəbələ” və “Kəpəz”i əsasən legionerlər sevindirib.

İlk “üçlük”dəki liderlərdən yalnız “Qarabağ”da yerlilər qol sayında üstünlüyə malikdir. “Neftçi”də legionerlər cüzi fərqlə öndədirsə, “Sabah”da ümumiyyətlə qolların 75 faizi legioner statusluların hesabındadır. Hələ 7 qoldan da dördü milliləşənlərin aktivindədir.

Qeyd edək ki, vurulan 155 qoldan ikisi avtoqol olub. 153 topdan 77-sini milliləşənlər də daxil olmaqla yerlilər, 76-sını gəlmələr vurub.

yer

klublar

qol

yerli

legioner

avtoqol

1

Qarabağ

35

26

8

1

2

Sabah

28

7

21

0

3

Neftçi

24

11

13

0

4

Zirə

15

9

6

0

5

Qəbələ

16

6

9

1

6

Turan Tovuz

9

1

8

0

7

Səbail

11

8

3

0

8

Kəpəz

10

4

6

0

9

Şamaxı

5

5

0

0

10

Sumqayıt

2

0

2

0

 

 

155

77

76

2

writer photo
Əlirza Əlirzalı
0