İngiltərə millisi Azərbaycanla matça itki ilə çıxacaq
15.10.2024 - 21:48
21 yaşadək futbolçulardan ibarət İngiltərə yığması bu gün Azərbaycanla keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, "İpsviç Taun"un hücumçusu Liam Delap diskvalifikasiyaya görə oyunu buraxacaq.
Müvəqqəti məşqçi Ben Futçer potensial əvəzedicilər kimi “Tottenhem”dən Deyn Skarlett və “Birmingem”dən Cey Stansfildi nəzərdən keçirir.
Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsinin F qrupunun matçı Bristoldakı "Eşton Qeyt” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
0
0