İnyesta gtdi, Mata gəldi
03.09.2023 - 17:28
İnyesta gtdi, Mata gəldi

Xuan Mata karyerasını Yaponiyada davam etdirməyə qərar verib. 

Apasport.az-ın məlumatına görə, ispaniyalı futbolçu “Vissel Kobe” ilə müqavilə imzalayıb.

Yapon klubu müqavilənin detalları barədə məlumat verməyib. Mata yeni komandasında 64 nömrəli formanı geyinəcək. Son mövsümü “Qalatasaray”da keçirən 35 yaşlı yarımmüdafiəçi Türkiyə çempionu olub.

Qeyd edək ki, az əvvəl digər ispaniyalı futbolçu Andrea İnyesta “Vissel Kobe”dəki karyerasını başa vurmuşdu. O, komandada 5 il keçirmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0