Milli üzvü Premyer Liqada klubunu dəyişir
17.08.2022 - 11:32
Milli üzvü Premyer Liqada klubunu dəyişir

“Çelsi”nin hücumçusu Kallum Hadson-Odoi klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu İngiltərədə başqa komandaya keçməyə yaxındır.

Çünki “Nyukasl” milli komandanın üzvünü transfer etməyə çalışır. Londonlular gənc oyunçusunu yalnız icarəyə verməyə razıdır. Danışıq müsbət nəticələnsə, Kallum mövsümün sonuna qədər “sağsağanlar”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Kallum Hadson-Odoinin “zadəganlar”la müqaviləsi 2024-cü ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0