Maurisio Sarri: “Möcüzə yaratdıq”
13.12.2023 - 12:09
Maurisio Sarri: “Möcüzə yaratdıq”

"Biz qrup mərhələsində möcüzə yaratdıq".

Apasport.az xəbər verir ki, bunu “Latsio”nun baş məşqçisi Maurisio Sarri deyib.

İtaliyalı mütəxəssis komandasının Çempionlar Liqasındakı çıxışı haqda danışıb. 64 yaşlı mütəxəssis pley-off mərhələsinə yüksəlməyi "möcüzə" adlandırıb: “İndi son oyunda daha bir möcüzə yaratmağa çalışmalıyıq. Bu asan olmayacaq, amma cəhd etməliyik. “Latsio” Çempionlar Liqasında daha yaxşı çıxış edir? A Seriyasında üç qələbə qazansaq da, insanlar hər şeyi itirdiyimiz barədə iddiaları davam edirlər”.

Qeyd edək ki, artıq Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin edən “Latsio” və “Atletiko” dekabrın 13-də birinci yer uğrunda görüşdə qarşılaşacaqlar.
 

writer photo
Əlirza Əlirzalı
0