TFF hakim axtarışında
14.11.2023 - 10:44
TFF hakim axtarışında

Türkiyə Futbol Federasiyası (TFF) yeni hakimlər axtarışına başlayıb.

Apasport.az xəbər verir ki, bunu TFF-nin mətbuat xidməti açıqlayıb.

Qurum akademiyaya yeni hakimlər cəlb etməyi planlaşdırır: “Türkiyə Futbol Federasiyası Hakimlər Akademiyası bütün Türkiyədə hakimliyə namizəd kurslarını açıq élan edir. Hakimlik karyerasına başlamaq istəyən hər kəsi ərizə formasını doldurmağa dəvət edirik”.

Qeyd edək ki, son vaxtlarda bir neçə komandadan hakim idarəçiliyinə qarşı sərt reaksiyalar olduğundan TFF bu addımı atmağa qərar verib.
 

writer photo
Əlirza Əlirzalı
0