“Barselona”nın müdafiəçi planları
14.10.2023 - 16:07
“Barselona”nın müdafiəçi planları

“Çelsi”nin futbolçusu Yan Maatsen karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi “Barselona”nın hədəfindədir.

La Liqa təmsilçisi bu transferi qışda reallaşdırmaq fikrindədir. O, Markos Alonsonu əvəz etməlidir.

Bu transfer gerçəkləşməsə, Aleks Valyenin keçidi gündəmə gələcək. O, “Levante”də icarədədir.

Qeyd edək ki, Maatsenin “Çelsi” ilə anlaşması 2024-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0