“Barselona”nın prezidentindən rüşvət iddiasına cavab
16.02.2023 - 12:05
“Barselona”nın prezidentindən rüşvət iddiasına cavab

“Həqiqətən heyrətamiz xəbərlərdir. Düşünürəm ki, “Barselona”nın yaxşı çıxış etdiyi vaxtda bu tip məlumatların yayılması təsadüfi deyil”.
 
Apasport.az saytı xəbər verir ki, bu sözləri Kataloniya klubunun prezidenti Xuan Laporta hakimlərə rüşvət verilməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

60 yaşlı Laporta bu iddiaların klubu qaralama kompaniyasının bir hissəsi olduğunu vurğulayaraq,  “Barselona”nın öz hüquqları çərçivəsində şərəf və ləyaqətini qorumaq üçün bütün lazımi addımları atacağını deyib.  

Qeyd edək ki, Kataloniya klubunun İspaniya Hakimlər Komitəsinin vitse-prezidentinə pul ödədiyi iddia olunur. Hətta bu məbləğin 1,4 milyon avro olduğu bildirilir.

writer photo
Əlirza Əlirzalı
0