“Barselona”nın “qara siyahı”sı bəlli olub.
Apasport.az xəbər verir ki, baş məşqçisi Xavi 8 futbolçunun “qələmini” qırmağı planlaşdırır.
Növbəti mövsümdə heyəti yeniləmək istəyən ispaniyalı mütəxəssis Ansu Fati, Ferran Torres, Frank Kesie və Rafinyanı komandada görmək istəmir. Kataloniyalılar da bu yolla maaş büdcəsini azaltmaq və futbolçu satışından gəlir əldə etməyi planlaşdırır.
Xavi hazırda fərqli klublarda icarədə olan Serjinyo Dest, Kleman Lanqle, Samuel Umtiti və Alks Kolladonu da quracağı komandada görmək istəmir.
Qeyd edək ki, “Barselona” artıq La Liqada çempionluğunu təmin edib.