“Barselona”nın qış transfer pəncərəsi ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin direktoru Mateu Alemani yanvar çalışmalarının hazırlığına başlayıb.
Mövsümün sonunda beş futbolçunun müqaviləsi başa çatacaq. Memfis Depay, Serxio Roberto, Ektor Belyerin, Markos Alonso və İnyaki Penyadır.
La Liqa təmsilçisi bu oyunçulardan yalnız ikisi ilə anlaşmanı uzatmağı düşünür. Söhbət Alonso ilə Penyadan gedir.
Digər futbolçularla qışda vidalaşmaq nəzərdə tutulub. Depayla danışıqlar DÇ-2022-dən sonra aparılacaq. Belyerinlə Roberto da saxlanılmayacaq.
Alemani müqaviləsi 2024-cü ilin yayınadək olan iki oyunçu ilə anlaşmanı da uzatmaq istəyir. Bunlar Usman Dembele və Aleks Baldedir.
Qeyd edək ki, “Barselona” oyunçu satışından əldə ediləcək vəsaitlə Serxio Busketsin mövqeyinə futbolçu almaq niyyətindədir.