Mourinyo futbolçusunu sual işarəsi adlandırır
22.09.2023 - 12:21
Mourinyo futbolçusunu sual işarəsi adlandırır

"Sançesin niyə həmişə zədəli olduğunu başa düşmək çətindir".

Apasport. az saytı xəbər verir ki, "Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının "Şerif"lə (1:2) matçından sonra yarımmüdafiəçi Renato Sançesin vəziyyətindən danışıb.

60 yaşlı portuqaliyalı mütəxəssis həmyerlisinin tez- tez zədələnməsini anlamaqda çətinlik çəkir: “Renato həmişə sual işarəsidir və niyə belə tez-tez zədələndiyini başa düşmək çətindir. "Bavariya”, PSJ, indi isə bizdə, vəziyyəti eynidir. Anlaya bilmirəm. Bazar günü 45 dəqiqə oynadı, üç gün istirahət etdi. Bu matçın 27-ci dəqiqəsində yenə xəsarət aldı".

Qeyd edək ki, “Roma”da icarə əsasında çıxış edən PSJ-nin futbolçusu bu mövsüm 3 matçda 1 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0