"Çelsi" 22 yaşlı hücumçusunu satışa çıxarıb
21.01.2024 - 17:23
"Çelsi" 22 yaşlı hücumçusunu satışa çıxarıb

"Çelsi" hücumçularından birini buraxmağa hazırdır.

Apasport.az xəbər veri ki, London klubu Armando Broyanı 35 milyon funt-sterlinq qarşılığında sata biləcəyini açıqlayıb.

22 yaşlı alban forvard 2009-cu ildən "Çelsi"dədi. Onun müqaviləsi 2028-ci ilin yayında başa çatır. Bu mövsüm 17 matçda iştirak edən Albaniya millisinin üzvü bir qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalı xüsusilə Premyer Liqadan bir çox komandaların diqqət mərkəzində olan futbolçuya 28 milyon avro qiymət qoyub.

writer photo
Əlirza Əlirzalı
0