"Barselona"nın satmaq istədiyi 8 futbolçu
10.07.2023 - 22:23
"Barselona"nın satmaq istədiyi 8 futbolçu

"Barselona" 8 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisində bu addımın atılmasında əsas səbəb maliyyə vəziyyətinin ağır olmasıdır.

Kataloniyalılar müdafiəçilər Kleman Lanqle, Serjinyo Destlə Erik Qarsiya, yarımmüdafiəçilər Frank Kessie, Pablo Torre ilə Niko Qonzales, hücumçular Ferran Torres və Aleks Kolladonun satılmasına qarşı çıxmayacaqlar. Artıq bəzi oyunçuların transferi ilə bağlı danışıqların aparıldığı da bildirilir.

Qeyd edək ki, komanda son mövsümdə La Liqanı çempion kimi başa vurub.

writer photo
Əlirza Əlirzalı
0