“Barselona”nın Silva planı
16.07.2023 - 15:39
“Barselona”nın Silva planı

“Barselona” Bernardu Silvanı transfer etmək niyyətindən əl çəkmir.

Apasport.az-ın məlumatına görə, “Mançester Siti” 80 milyon avro tələb edir. 

Maliyyə problemləri olan “Barselona” transfer məbləğini ödəmək iqtidarında deyil. Bu səbəbdən Kataloniya klubu portuqaliyalı futbolçunu icarəyə götürmək istəsə də, qarşı tərəfdən imtina cavabı alıb. Silva Səudiyyə Ərəbəsitanı və Avropanın digər klublarından aldığı təklifləri qəbul etməyib. O, kataloniyalıların problemi həll edə biləcəyinə ümid edir.

Qeyd edək ki, Silva ötən mövsümdə “Mançester Siti”nin heyətində Çempionlar Liqası və İngiltərə çempionu titullarını qazanıb. 
 

writer photo
Əlirza Əlirzalı
0