Baş məşqçi açıqladı: “Ronaldo qayıtmayacaq”
26.10.2022 - 13:19
Baş məşqçi açıqladı: “Ronaldo qayıtmayacaq”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo yetirməsi olduğu “Sportinq”ə qayıtmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya klubunun baş məşqçisi Ruben Amorim açıqlayıb.

O bildirib ki, 37 yaşlı superulduzun qış fasiləsində və ya mövsümün sonunda komandaya dönüşünün mümkün olmadığını bildirib. Amorim bu imtinanın səbəbi kimi maliyyə durumunu göstərib: “Sportinq”də hamı Kriştianonun qayıtmasını xəyal edə bilər. Ancaq onun maaşını verməyə pulumuz yoxdur”.

Qeyd edək ki, Kriştiano Ronaldo 2002/03 mövsümündə “Sportinq”in əsas komandasında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0