Batşuayi “Fənərbaxça”ya keçir
02.09.2022 - 15:00
Batşuayi “Fənərbaxça”ya keçir

“Çelsi”nin futbolçusu Mişi Batşuayinin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Onun keçidi ilə bağlı “Çelsi” və “Fənərbaxça” arasında razılıq əldə olunub. Yaxın müddətdə İstanbula yollanacaq Mişi tibbi müayinədən keçəcək və şəxsi müqaviləsini razılaşdıracaq.

Qeyd edək ki, belçikalı ötən mövsüm “Beşiktaş”da icarədə olub.
 

writer photo
Əlirza Əlirzalı
0