Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində qrupu lider tamamlamaq şansını əldən verib.
Apasport.az xəbər verir ki, Juze Alesiu Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 7:2.
Azərbaycan yığmasından qolları İsa Atayev və Amadeu rəqib qapısından keçirib.
Bu nəticədən sonra hər iki komandanın 9 xalı olsa da, Polşa seçməsi qrupu ilk pillədə tamamlayıb. Bakıdakı matçda minimal hesabla (3:4) uduzan polşalılar şəxsi oyunlardakı üstünlüyə görə qrup qalibi olub.
Elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan millisi bununla da qrupu 2-ci sırada başa vurub.