“Bavariya” belçikalı mütəxəssislə maraqlanır
21.05.2024 - 16:13
Premyer Liqa təmsilçisi “Bernli”nin baş məşqçisi Vensan Kompani klubunu dəyişə bilər.
Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, “Bavariya” belçikalı mütəxəssislə əməkdaşlığa maraq göstərir.
Almaniya klubunun nümayəndələri Kompaninin agentləri ilə danışıqlara başlayıb. Münhen klubu hesab edir ki, Kompani böyük məşqçi potensialına malikdir və komandaya fayda verə bilər.
Bundan əvvəl Tomas Tuxelin mövsümün sonunda “Bavariya”nın baş məşqçisi postundan ayrılacağı bildirilmişdi. Komanda onun rəhbərliyi altında uzun müddətdən sonra ilk dəfə kuboksuz qalıb.
0
0