"Milan"ın futbolçusu Teo Ernandes karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Bavariya" fransalı müdafiəçini transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Münhen təmsilçisi "Real"a keçəcəyi gözlənilən Alfonso Deyvisin yerini Teo ilə doldurmağı planlaşdırır. "Bavariya" 26 yaşlı arxa xətt oyunçusu ilə razılıq əldə edib. Lakin "Milan"la anlaşma yoxdur.
Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayında "Real"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.