"Bavariya" Tuxelə təzminat ÖDƏYƏCƏK
02.04.2024 - 20:03
"Bavariya" Tuxelə təzminat ÖDƏYƏCƏK

Tomas Tuxel cari mövsüm başa çatdıqdan sonra "Bavariya"nın baş məşqçisi postunu tərk edəcək.

Apasport.az xəbər verir ki, məşqçi ilə müqaviləni pozduğuna görə Münhen klubu 10 milyon avro cərimə ödəyəcək. Bu, Tuxelin bonuslar istisna olmaqla illik maaşıdır.

Qeyd edək ki, münhenlilər cari mövsüm Bundesliqada 27 turdan sonra 60 xalla 2-ci pillədə qərarlaşıb. 

writer photo
Əlirza Əlirzalı
0