"Qalatasaray" Belçika klubunun futbolçusunu istəyir
11.09.2024 - 16:55
Super Liqa təmsilçilərindən “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Brügge”dən Rafael Onyedika ilə anlaşıb. Bu barədə “FootMercato” nəşri məlumat yayıb.
Xəbərdə “Qalatasaray”ın 23 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə 5 illik müqavilədə razılaşdığı bildirilib.
“Aslanlar” Belçika klubu ilə danışıqları davam etdirir.
Onyedika “Brügge”də 95 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0