Millinin futbolçusu klub tapmadığı üçün karyerasını bitirdi
30.09.2022 - 09:22
Millinin futbolçusu klub tapmadığı üçün karyerasını bitirdi

Almaniya millisinin sabiq futbolçusu Qonsalo Kastro karyerasını bitirib.

Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sı, “Bayer” və “Ştutqart” kimi klublarda oynamış yarımmüdafiəçi açıqlayıb.

Üç ay öncə 35 yaşını qeyd edən veteran peşəkar futboldan getməyə üstünlük verib. “Arminiya” ilə bu yay başa çatan müqaviləsinin ardından azad agent statusu alan Kastro yeni klub tapa bilməyib. Bu üzdən də futbola vida etmək qərarına gəlib.

Qeyd edək ki, yarımmüdafiəçi Bundesliqada 421 oyunda 38 qol və 80 assistə imza atıb. O, 2007-ci ildə debüt etdiyi Almaniya millisində 5 matç keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0