“Bavariya”dan 36 oyunluq rekord
04.10.2023 - 01:47
“Bavariya”dan 36 oyunluq rekord

“Bavariya” 36 oyundur Çempionlar Liqasının qrup mərhələsində uduzmur.

Apasport.az saytı xəbər verir ki, bu turnirin yeni rekordudur.

Almaniya çempionu səfərdə “Kopenhagen”ə (2:1) qalib gələrək, möhtəşəm nəticəyə imza atıb. Bu qələbə həm də Münhen klubunun qrup mərhələsində ardıcıl 15-ci qələbəsi olub. “Bavariya” sonuncu dəfə 2017-ci ildə PSJ-yə 0:3 hesabı ilə uduzub. Bundan sonra komanda keçirdiyi 36 qarşılaşmanın 33-də qələbə qazanıb, üçündə heç-heçə oynayıb.

Qeyd edək ki, “Bavariya” ÇL-in ilk turunda “Mançester Yunayted”ə qalib gəlib. Münhenlilər növbəti oyunu “Qalatasaray”a qarşı keçirəcəklər.
 

writer photo
Əlirza Əlirzalı
0