PSJ-nin yarımmüdafiəçisi La Liqaya qayıdır
24.08.2022 - 14:34
PSJ-nin futbolçusu Ander Errera karyerasını İspaniyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi Fransa klubu ilə müqaviləsinə xitam verilməsi barədə razılıq əldə edib.
Bununla da Errera azad agent statusu alacaq. Klubla bağlılığı qalmadıqdan sonra Ander “Atletik”ə keçəcək.
O, əvvəllər də Bilbao təmsilçisinin formasını geyinib. Errera 2011-14-cü illərdə La Liqa klubunda çıxış edib.
Qeyd edək ki, 2019-cu ildə PSJ-yə keçən futbolçu ötən mövsümün 18 matçında 3 qol vurub.
0
0