“Bavariya”dan gedir
20.12.2022 - 00:00
“Bavariya”dan gedir

“Bavariya”nın yarımmüdafiəçisi Marsel Zabitser yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu yarımmüdafiəçini satmağa qərar verib.

Sərfəli təklif olarsa, Marselin həmin kluba transferi reallaşacaq. Onun xidmətində “Yuventus” maraqlıdır. İtaliyalılar komandadan gedəcəyi gözlənilən Adrien Rabioya əvəzləyici axtarır.

Qeyd edək ki, “Bavariya” Konrad Laymeri almağa yaxındır. Bu üzdən Zabitserin satışı gündəmə gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0