“Bavariya”nın futbolçusuna Qətərdən təklif
10.06.2022 - 23:26
“Bavariya”nın futbolçusu Yan-Erik Maksim Çupo-Motinq karyerasını Asiyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu Almaniya klubundan ayrılmağa yaxındır.
33 yaşlı kamerunlu Qətərdən təklif alıb. Münhenlilər danışıqlar üçün hazırdır. “Bavariya” rəhbərliyi sərfəli məbləğ qarşılığında futbolçunu satmağa razıdır.
Qeyd edək ki, hücumçunun Bundesliqa təmsilçisi ilə anlaşması 2023-cü ilin yayına başa çatacaq.
0
0