“Bavariya”nın Kone planı
12.10.2023 - 00:57
“Bavariya”nın Kone planı

“Borussiya”nın (Münhenqladbax) üzvü “Bavariya”nın maraq dairəsinə düşüb.

Apasport.az saytı xəbər verir ki, Almaniya çempionu Kuadio Konenin transferini həll etmək üzrədir.

İki klub nümayəndələri 22 yaşlı futbolçu ilə bağlı ilkin danışıqlar aparıblar. Münhen klubu böyük məbləğ ödəmədən fransalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. “Borussiya” isə bu keçiddən 35-40 milyon avro qazanmağı hədəfləyib.

Qeyd edək ki, Konenin komandası ilə 2025-ci ilin yayınadək müqaviləsi var.
 

writer photo
Əlirza Əlirzalı
0