“Bavariya”ya lazım olmadı
10.12.2022 - 12:28
“Bavariya”ya lazım olmadı

Joao Feliks “Bavariya”ya keçməyəcək.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin və “Atletiko”nun futbolçusu Almaniya klubunun transfer siyahısından çıxarılıb.

Münhenlilər artıq hücumçu ilə maraqlanmır. Ötən yay onu heyətinə qatmaq istəyən “Bavariya” İspaniya klubundan imtina cavabı alıb. Bu keçidin qışda reallaşa biləcəyi iddia olunsa da, Bundesliqa klubu Felikslə bağlı planlarından vaz keçib.

Qeyd edək ki, portuqaliyalının “Aston Villa”ya keçəcəyi gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0