“Bayer” 35 milyondan imtina etdi
13.07.2023 - 23:12
“Aston Villa” fransalı yarımmüdafiəçi Mussa Diabinin transferində maraqlıdır.
Apasport.az saytı xəbər verir ki, “Bayer” birmingemlilərin 35 milyon avroluq təklifini qəbul etməyib.
İngilislər qarşı tərəfə əlavə bonuslar da təklif ediblər. Amma Leverkuzen klubu 50 milyon tələb edir. Diabi və “Aston Villa” arasındakı danışıqlar uğurla başa çatıb və futbolçunun razılığı alınıb.
Qeyd edək ki, Diabi ötən mövsümdə 48 oyunda 14 qol və 11 ötürmə ilə yadda qalıb.
0
0