“Bayer” yeni futbolçu transfer etdi
14.06.2024 - 09:38
“Bayer” yeni futbolçu transfer etdi

Almaniya çempionu “Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, leverkuzenlilər İspaniya təmsilçisi “Jirona”nın üzvü Aleş Qarsiya ilə anlaşıb.

İspan yarımmüdafiəçi yeni komandası ilə 5 illik sözləşməyə imza atıb.

Aleş Qarsiya ötən mövsüm “Jirona”nın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurmağı bacarıb.

writer photo
Əlirza Əlirzalı
0