40-cı sülh
18.08.2022 - 22:10
40-cı sülh

“Qarabağ” avrokuboklarda 40-cı heç-heçəyə imza atıb.

Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına təsadüf edib.

Çexiya “Viktoriya”sı ilə görüş 0:0 hesabı ilə nəticələnib. Bunadək ağdamlılar 39 dəfə sülhlə kifayətlənmişdi.

40 heç-heçədən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Avropa Liqasında 18, Çempionlar Liqasında 17, Konfrans Liqasında 4, Kuboklar kubokunda 1 heç-heçə olub.

Qeyd edək ki, “Qarabağ”ın ilk heç-heçəsi 1996-cı il avqustun 22-də Finlandiyada “MüPA”ya qarşı görüşdə rəsmiləşib – 1:1.
 

writer photo
Əlirza Əlirzalı
0