Ronaldonu əvəzləməyə əsas namizəd
01.08.2022 - 22:19
Ronaldonu əvəzləməyə əsas namizəd

İngiltərənin “Mançester Yunayted” klubu hücum xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi Saşa Kalaydjiçi heyətinə qatmaq istəyir.

Premyer Liqa təmsilçisi “Ştutqart”da forma geyinən forvarda Kriştiano Ronaldonun əvəzləyicisi kimi baxır. Komandadan getmək istəyən portuqaliyalını məhz Saşa əvəzləməlidir.

Mançester klubunun rəhbərliyi ehtiyat variant barədə də düşünür. Kalaydjiçin keçidi baş tutmasa, “Zalsburq”un hücumçusu Benyamin Şeşko ilə danışıqlar başlayacaq.

Qeyd edək ki, 2019-cu ildən “Ştutqart”da çıxış edən forvard ötən mövsümün 15 oyununda 6 qol vurub. 


 

writer photo
Əlirza Əlirzalı
0