Almaniyadan antirekord, Noyerdən rekord
28.11.2022 - 09:44
Almaniyadan antirekord, Noyerdən rekord

Almaniya yığması antirekordla yadda qalıb.

Apasport.az saytının məlumatına görə, Bundestim Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin ilk iki oyununda qələbə qazana bilməməklə bunu “bacarıb”.

Hansi Flikin yetirmələri Yaponiyaya məğlubiyyətin (1:2) ardından İspaniya ilə də 1:1 hesablı heç-heçə edib. Bununla komanda tarixində ilk dəfə mundialın ilk iki qarşılaşmasında qələbə üzü görməyib. Almaniya millisi eyni zamanda 2022-ci ildə keçirdiyi 8 rəsmi matçın hamısında qapısında qol görüb.

Bundestimin kapitanı Manuel Noyer isə dünya çempionatında keçirdiyi oyun sayını 18-ə çatdırıb. Bununla 36 yaşlı ulduz futbolçu Zepp Mayer və Klaudio Taffarelə məxsus mundiallarda ən çox meydana çıxan qapıçı rekordunu təkrarlayıb. Qrup mərhələsinin son turunda Kosta-Rika ilə qarşılaşmada Noyer mütləq rekordu ələ keçirəcək.

Qeyd edək ki, Kosta-Rika – Almaniya oyunu dekabrın 1-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0