Emeri “Aston Villa”dan uzaq düşüb
03.11.2022 - 00:43
Unay Emeri İngiltərədə işləmək üçün hələ viza almayıb.
Apasport.az saytının məlumatına görə, həftə sonuna kimi bu məsələnin həll olunması gözlənilir.
İspaniyalı çalışdırıcı yeni baş məşqçi təyin olunduğu “Aston Villa”ya hazırda uzaqdan məsləhətlər verir. Bu isə rəhbərliyi narahat edir. Ancaq noyabrın 6-da “Mançester Yunayted”lə keçiriləcək qarşılaşmaya qədər problem həllini tapacaq və Emeri həmin görüşdə texniki zonadakı yerini ala biləcək.
Qeyd edək ki, “Aston Villa” hazırda Premyer Liqada 16-cı pillədə qərarlaşır.
0
0