Premyer Liqada növbəti təxirəsalma
12.09.2022 - 12:48
Premyer Liqada növbəti təxirəsalma

Avropa Liqasının “Arsenal” – PSV oyunu və İngiltərə Premyer Liqasının VIII turunun keçirilməsi sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmalar təxirə salına bilər.

Buna Böyük Britaniya kraliçası II Yelizavetanın ölümü səbəb olub. Yas mərasimləri ilə bağlı polis çatışmazlığı yaranıb. Bu da matçların təşkilinin mümkünlüyünü təhlükə altına salıb.

Qeyd edək ki, bunadək Premyer Liqanın VII turu və Çempionlar Liqasının “Reyncers” – “Napoli” matçı təxirə salınıb.
 

writer photo
Əlirza Əlirzalı
0