“Neftçi”də iki itki: Legionerlər fərdi məşq edir
14.04.2023 - 16:10
“Neftçi”də iki itki: Legionerlər fərdi məşq edir

“Neftçi”nin zədədən sonra bərpa prosesi keçən futbolçularının durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu klubun həkimi Şaiq Zöhrablı paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlayıb.

Bu gün Misli Premyer Liqasının XXX turunda “Qəbələ” ilə qarşılaşacaq “ağ-qaralar”ın iki itkisi var. Legionerlər Ataa Caber və Vato Arveladze kollektiv çalışmalardan kənar qalıb. Onlar fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq. Görüş “Bakcell Arena”da təşkil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0