Varşavada 2 qızıl və 1 gümüş
23.06.2024 - 20:29
Varşavada 2 qızıl və 1 gümüş

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Apasport.az xəbər verir ki, yarışda qüvvəsinin sınayan hər bahadırımız fəxri kürsüdə yer alıb.

Yığmanın heyətində Sabir Cəfərov (70 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Əşrəf Aşırov (79 gümüş) medal qazanıb.

Komandamız turnirdə sərbəst güləş üzrə baş məşqçi Şərif Şərifovun rəhbərliyi ilə çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0