Milliyə namizədlər siyahısında DƏYİŞİKLİK
19.01.2023 - 17:36
Milliyə namizədlər siyahısında DƏYİŞİKLİK

Polşa millisinin baş məşqçisi postuna namizədlərin siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, polşalılar Stiven Cerrardı yığmaya gətirmək ideyasından imtina edib.

Buna səbəb ingiltərəli mütəxəssisin millidə iş təcrübəsinin olmamağıdır. Federasiya rəhbərliyi komandaya yığmada çalışmış məşqçi gətirməyi daha məqsədəuyğun sayır.

Qeyd edək ki, Cerrard “Reyncers” və “Aston Villa”ya rəhbərlik edib.

writer photo
Əlirza Əlirzalı
0