Bekhem “Mançester Yunayted”ə qayıda bilər
10.10.2023 - 12:16
Bekhem “Mançester Yunayted”ə qayıda bilər

Devid Bekhemin “Mançester Yunayted”ə qayıtma ehtimalı var.

Apasport.az xəbər verir ki, Qətər Şeyxi Casim Əl Tani “mankunyanlar”ı satın alacağı təqdirdə 48 yaşlı veteran futbolçuya komandada vəzifə verəcəyini açıqlayıb.

Əl Tani keçmiş futbolçunu komandanın səfiri olaraq görmək istəyir. Hazırda Qleyzerlər ailəsinə məxsus olan komanda satış mərhələsindədir. İngilis klubuna Qətər Şeyxi ilə yanaşı milyarder Cim Ratkliff də iddia edir.

Qeyd edək ki, Devid Bekhem ABŞ-nın “İnter Mayami” klubunun ortaq sahiblərindən biridir.

writer photo
Əlirza Əlirzalı
0