“Çelsi” və “Nyukasl”ın ortaq hədəfi
09.05.2023 - 00:00
“Çelsi” və “Nyukasl”ın ortaq hədəfi

“Barselona”nın futbolçusu Rafinya karyerasını yenidən İngiltərədə davam etdirmək təklifləri alıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın bir neçə klubu braziliyalı vingeri heyətində görmək istəyir.

“Çelsi” və “Nyukasl” bu keçidi yayda reallaşdırmaq istəyir. İspaniya klubu futbolçusunu 80 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, “Barselona” Rafinyanı “Lids”dən transfer edib.

writer photo
Əlirza Əlirzalı
0