Rəşad Sadıqov: "Transfer büdcəmiz olduğu kimi qalıb"
04.08.2024 - 22:52
Rəşad Sadıqov: "Transfer büdcəmiz olduğu kimi qalıb"

Bu gün baş tutan "Zirə" - "Səbail" matçı ilə Premyer Liqada ilk tura yekun vurulub.

Apasport.az xəbər verir ki, görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra baş tutmuş mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə, bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər oyunçular özlərini oyunu çox yaxşı kökləmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan da bir qol vurub qalib gəldik. Sezona başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm.

- "Osiyek"i nə dərəcədə incələyə bilmisiz?

- Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Allah qoysa, düşünürəm ki, iki maraqlı oyunun şahidi olacaqğı. Rafael Utziq zədələnib. Tyaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək.

- Papunaşvilinin transferinin gec baş tutması nə ilə bağlıdır?

- Bəli, sezonun əvvəlindən marağımız var idi. Sadəcə klubla futbolçu arasında müəyyən detallarda razılıq yox idi. Bir həftə əvvəl razılıq oldu. Məyus edən tərəf odur ki, ayyarım zədəsini müalicə edib, sonra isə fitnes edib. Dörd ay kollektivdən uzaqdır. Bəlkə də, formasını 2 aya bərpa edəcək.

- Uğurlu performansın davamı üçün hansı planlar var ?

- Rəqibi bir az da təhlil edəcəyik. Oyun planı ilə bağlı məsləhətlər edəcəyik. İlk oyunda uğurlu çıxış etmək çox önəmlidir. Rəqib də doğma azarkeşləri qarşısında sərfəli nəticə istəyəcək. Çox ciddi dəyişiklik etməyəcəyik. Bu günə qədər də maksimum çalışırdıq. Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdır.

- Klubların avrokuboklarda üçüncü mərhələyə çıxması, çempionatın səviyyəsi ilə bağlıdır, yoxsa büdcələrin yüksəlməsi?

- Futbolçu keyfiyyəti olaraq bütün komandalarımız eyni keyfiyyətdədirlər. Bizdə büdcə artması baş verməyib, yerində qalıb. Eyni büdcə ilə işləyirik. Düşünürəm ki, büdcə ilə bağlı deyil. Keçən il çempionatın maraqlı və gərgin keçməsi komandaların keyfiyyətini qaldırır. Bu tip oyunlarda faydalı olur. İstəyərdik ki, növbəti mərhələni hamımız keçək. Pley-off mərhələsində hamısı oynasın. Bütün komandalara uğurlar arzulayıram.

- İssa Cibrilladakı performans artımını nə ilə əlaqələndirisiz? Sanki Donald Geryenin "Qarabağ"a gəldiyi ilk günləri xatırladır...

- Tez-tez zədələnirdi. Bu mövsüm daha məsuliyyətli yanaşır işinə. Bəhrəsini də görür. Donald Gerye ilə müqayisə etdiz. Bizim əsas sol cinah müdafiəçi Cibrilla olmayacaq. Sağdan da hücumameyilli oynayır. Avrokuboklarda sol müdafiəçi kimi yoxlayırıq. Məqsəd və Fuad da daha çox bu mövqedə oynayırlar. Avrokuboklarla bağlı planımız budur. Məqsədin də performansından çox razıyam. Fuad da o mövqedə yaxşı oynayıb. Sevindirici haldır ki, futbolçularda universallıq var. Belə olduqda məşqçi üçün manevr imkanları asan olur. 

- "Səbail"dən hamı ilə görüşdüz, Kərim Diniyevlə görüşmədiz. Səbəb nə idi, problem var?

- Nə problemim ola bilər? Futbolçu vaxtında ən çox hörmət etdiyimiz futboçulardan idi. Bir çox futbolçularla yaxınlıq edirik. Kərim 4-5 futbolçudan biridir ki, hər məşqçinin məhəbbəti və hörməti olar. Xatrırlamıram. Görüşməmişəmsə də, xatırlamıram. Bir-bir hamı ilə görüşdüm. 

- Roman Qriqorçukun "Neftçi"si, Kurban Berdıyevin "Turan Tovuz"u haqda təəssüratınız necədir?

- Oyunu izləyə bilməmişəm. Havalar çox isti keçir. Oyunun icmalını izlədim. Dünən necə oynayıblar bilmirəm. İki təcrübəli, böyük məşqçi çempionatımıza gəlib. Belə insanların gəlişinə çox sevinirəm. Öz komandalarına oyunlarını, ustalıqlarını yansıdacaqlar. Bu mövsüm çempionat keçən ilkidən də çətin olacaq.

- Yerli bazardan transferlər edirsiz. Təsadüfdür?

Təsadüfən elə alındı. Başqa ölkələrdən də transferlərimiz olur.

writer photo
Əlirza Əlirzalı
0