Belçika millisinin yarımmüdafiəçisi "Atletiko Madrid"də
30.01.2024 - 12:57
Belçika millisinin yarımmüdafiəçisi "Atletiko Madrid"də

İspaniyanın La Liqa komandalarından olan "Atletiko" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib. 

Apasport.az xəbər verir ki, klub Belçika millisinin futbolçusu Artur Vermereni rənglərinə bağlayıb. 

Belçikalı futbolçu İspaniya klubunda 18 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, 2022/23 mövsümündə "Antverpen"də A komandasına yüksələn Vermeren bu mövsüm 32 matçda iştirak edib. 18 yaşlı yarımmüdafiəçi oynadığı matçlarda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

 

 

writer photo
Əlirza Əlirzalı
0