Benzema 62 min azarkeş qarşısında
09.06.2023 - 00:51
Benzema 62 min azarkeş qarşısında

“Əl-İttihad” yeni tarnsfer Kərim Benzemanın təqdimat mərasimini keçirib.

Apasport.az saytı xəbər verir ki, mərasimi stadionda 62 min azarkeş izləyib.

Təqdimetmə zamanı Benzema ötən il qazandığı “Qızıl top” mükafatını da nümayiş etdirib. Fransalı hücumçu Səudiyyə Ərəbistanın niyə seçdiyini açıqlayıb: “Burada çoxlu tanınmış futbolçular çıxış edir. Onlardan bir Kriştiano Ronaldodur. Səudiyyə Ərəbistanı müsəlman ölkəsidir və həmişə yaşamaq istəmişəm”.

Qeyd edək ki, “Əl-İttihad”da üç illik müqavilə qazaman Benzema 300 milyon qazanacaq.
 

writer photo
Əlirza Əlirzalı
0