Benzema inkar etmədi
01.06.2023 - 22:41
Benzema inkar etmədi

“Real”ın hücumçusu Kərim Benzemaya “Əfsanə” mükafatı verilib.

Apasport.az saytı xəbər verir ki, İspaniyanın “Marka” nəşri idmandakı xidmətlərinə görə fransalı idmançını bu ada layiq gorüb.

Təqdimetmə mərasimində Benzema çoxlarının böyük maraqla gözlədiyi suala cavab verib. Forvard Səudiyyə Ərəbistanı klubu “Əl-İttihad”la müqavilə bağlaması xəbərini nə təsdiq, nə də inkar edib: “Niyə gələcək barədə danışmalıyam? Hazırda “Real”dayam. Danışıqlar internetdə gedir, internet isə real deyil”.

Qeyd edək ki, Benzemanın “Əl-İttihad”la müqavilə bağladığı və yaxın günlərdə açıqlama verəcəyi xəbərləri yayılıb. 
 

writer photo
Əlirza Əlirzalı
0