Benzema: “Real”ın tarixinə düşüb-düşmədiyimi...”
25.05.2022 - 23:11
Benzema: “Real”ın tarixinə düşüb-düşmədiyimi...”

“Real”ın tarixinə düşüb-düşmədiyimi yalnız karyeramın sonunda biləcəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Real”ın futbolçusu Kərim Benzema deyib.

Fransalı hücumçu Çempionlar Liqasının “Liverpul”la final oyunu ərəfəsində UEFA-nın saytına müsahibə verib. Benzema Madrid klubunun tarixində tutduğu yerlə bağlı sualı da cavablandırıb: “İstənilən halda mənim üçün bütün görüşlər vacibdir. Azarkeşləri sevindirmək üçün hər dəfə yeni nələr isə etməyə çalışıram. Amma əlbəttə ki, Çempionlar Liqasındakı növbəti qələbəni arzulayıram”.

Kərim bu görüşə ciddi yanaşdıqlarını da qeyd edib: “Bu oyuna çox yaxşı hazırlaşmaq lazımdır. Qələbə qazanmaq üçün hər şeyi etməliyik”.
 

writer photo
Əlirza Əlirzalı
0