Ərəblər “Barselona”dan onu da aparır
04.08.2023 - 15:19
Ərəblər “Barselona”dan onu da aparır

Ərəblər daha bir tanınmış futbolçuya elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, "Barselona" Frank Kesyeni 15 milyon avroya Səudiyyə Ərəbistanı klubuna satmağa hazırlaşır.

Danışıqları davam etdirən səudiyyəlilər yaxın günlərdə transferi tamamlamağı planlaşdırır. 26 yaşlı Fil Dişi Sahilindən olan futbolçu keçidə razılıq verərsə, illik 20 milyon avro maaş alacaq.

Qeyd edək ki, Kesyenin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0