Benzemadan gözlənilməz addım
04.09.2022 - 23:12
Benzemadan gözlənilməz addım

Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzema gözlənilməz addım atıb.

Apasport.az saytının məlumatına görə, hücumçu sosial şəbəkələrdəki səhifələrini bağlayıb.

Artıq forvard instaqram və tvitterdə yoxdur. Onun belə addımı atmasının səbəbləri bəlli deyil. Kərim öncədən belə niyyətini də dilə gətirməyib.

Qeyd edək ki, Kərim cari mövsüm La Liqanın startdakı 4 oyununda 4 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0