Benzemadan “Real” QƏRARI
16.01.2023 - 10:03
Benzemadan “Real” QƏRARI

Kərim Benzema İspaniyanın "Real" klubu ilə müqaviləni uzatmağa razılaşıb.

Apasport.az saytı xəbər verir ki, 35 yaşlı fransızın yeni sözləşməsi 2024-cü ilin iyun ayının sonuna kimi olacaq. 

Artıq tərəflər bütün şərtləri müzakirə ediblər. “Kral klubu” yaxın vaxtlarda razılaşmanı rəsmən elan edəcək.

Benzema 2009-cu ilin iyul ayından Madrid təmsilçisində çıxış edir. Hücumçu 5 dəfə Çempionlar Liqasını, 4 dəfə klublararası dünya çempionatını, İspaniya çempionluğunu, ölkə Superkubokunu, UEFA Super Kubokunu və 2 dəfə İspaniya Kubokunu qazanıb.

Kərim 2022-ci ildə ən yaxşı oyunçuya verilən “Qızıl top” mükafatına da sahib olub.

writer photo
Əlirza Əlirzalı
0