“Sabah”ın istədiyi futbolçu Rusiya klubunda
15.07.2022 - 10:18
“Sabah”ın istədiyi futbolçu Rusiya klubunda

“Sabah”ın yay fasiləsində transfer gündəmində olan rusiyalı futbolçu Həmid Ağalarovun yeni klubu müəyyənləşib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 22 yaşlı hücumçu ölkəsində qalmağı üstün tutub.

“Sabah”la yanaşı, Avropanın bir neçə klubundan təklif alan Ağalarov “Ufa”nı Premyer Liqanın digər təmsilçisi “Axmat”a dəyişib. Gənc oyunçu Qrıznı təmsilçisi ilə rəsmi müqaviləyə artıq qol çəkib.

Qeyd edək ki, “Sabah”ın baş məşqçisi Murad Musayevin sərəncamında görmək istədiyi Həmid Ağalarovun milliləşdirilərək Azərbaycan yığmasına çağırılması da gündəmdə idi.

writer photo
Əlirza Əlirzalı
0